XİN rəhbəri İsrailin yeni səfiri ilə görüşüb

 19:30 02.12.2019     390

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

Nazirlikdən redaktor.az-a verilən məlumata görə, E.Məmmədyarov C.Diki yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə etdilər, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

C.Dik diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.