Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

 17:00 04.12.2019     275

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Görüşdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti, rusiyalı həmsədri İqor Popov, amerikalı həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edirlər.

Qeyd edək ki, dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.//Apa.az