Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

 17:14 04.12.2019     46

Prezident İlham Əliyev Tailand Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkunu bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib. 

Redaktor.az-ın xəbərinə görə,təbrikdə deyilir: 

Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".