Münaqişələr oturuşmuş formatlar çərçivəsində nizamlanmalıdır - Rusiya XİN

 17:40 04.12.2019     47

“Rusiya münaqişələrin oturuşmuş formatlar çərçivəsində nizamlanmalı olduğunu hesab edir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin XİN başçısı Sergey Lavrovun Slovakiya paytaxtında keçiriləcək ATƏT XİN başçıları Şurasının iclasında iştirakı ilə bağlı yaydığı açıqlamada bildirilib.

Açıqlamanın ATƏT-in Cənubi Qafqazdakı münaqişələrin həllində oynadığı rol barədə olan hissəsində qurumun Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasında faydalı rol oynadığı vurğulanıb.

Bildirilib ki, ATƏT Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı Cenevrə müzakirələrində həmsədrlərdən biridir: “Hesab edirik ki, hər hansı bir münaqişənin nizamlanması oturuşmuş formatlar çərçivəsində və münaqişə tərəflərinin birbaşa iştirakı və maraqları nəzərə alınmaqla, sülh və siyasi-diplomatik metodlarla həyata keçirilməlidir”.//Apa.az