Serj Sarkisyan külli miqdarda mənimsəmədə ittiham edilib

 23:21 04.12.2019     2785

Ermənistan Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyana qarşı ittihamlar irəli sürüb.

Eks-prezident külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir.

“Sarkisyan 2013-cü ilin 25 yanvar-7 fevral tarixləri aralığında 489,16 milyon dram(bir milyon dollardan çox)dövlət vəsaitini mənimsənilməsini təşkil edib”,- xidmətin saytı məlumat verib.

Rüfət Xəlil.