Elmar Məmmədyarovla erməni həmkarı arasında görüş keçirilir

 23:11 04.12.2019     275

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Redaktor.az-ınn xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva "Twitter"də məlumat yayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov, Endryu Şofer və Stefan Viskonti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirlər.