Cəbhədə vəziyyət DƏYİŞƏCƏK - 2020-ci ildən...

 12:25 05.12.2019     2884

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Bratislava görüşündə heç bir ciddi nəticə əldə edilmədi.

Politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə əldə olunan nəticələrdən danışıb.

Politoloq hesab edir ki, tərəflər sadəcə gələn ilin əvvəlində görüşəcəklərini razılaşıb:

“Prinsip etibarilə Ermənistan humanitar aksiyalarda razılaşmalı və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməli idi. Çünki bu istiqamətdə ciddi danışıqlar aparılmışdı. Rəsmi İrəvan bu razılaşmda maraqlı olmadı. Danışıqlarda iki girovumuzu qaytarmayan Ermənistan torpaqları heç qaytarmayacaq”.

Politoloq qeyd edib ki, il ərzində aparılan danışıqlarda Ermənistan tərəfi qəti şəkildə etimad mühitinin formalaşması üçün humanitar aksiyanın nəticəsi olan əsirlərin “Hamıya-hamıya” prinsipi ilə razılaşmadı. Demək, Emənistan bundan sonrada yalnız manipulyasiyanı özündə ehtiva edən jurnalistlərin qarşılıqlı səfərlərində maraqlı olacaq. Rusiya tərəfi də əsirlərin dəyişdirilməsində maraqlı görünmədi”.

M. Əsədullazadə bildirib ki, Bratislava görüşü danışıqları irəliyə aparmaq üçün bir şans idi:

“Hətta Elmar Məmmədyarov qeyd etmişdi ki, bu görüşdə masada olan sənədlərlə Ermənistanın substantiv danışıqlarda maraqlı olub-olmaması aydın olacaq. Məhz cənab Məmmdyarov xüsusi vurğulamışdı ki, bu görüş danışıqlarda Ermənistan tərəfinin mövqeyi tam aydın olacaq. Elmar Məmmədyarova sual verirəm: Cənab Məmmədyarov, Ermənistan tərəfi bu görüşdə danışıqlarda real irəlləyişə aparan danışıqlara razılaşdı, yoxsa bu görüşdə digər görüşlər kimi Ermənistan tərəfi manipuyasiya edəcək? Belə bir məzmunsuz görüşlərə yenə ehtiyac var?! Görünən budur ki, Ermənistan hakimiyyəti danışıqlarda maraqlı deyil. Azərbaycan Ermənistanın yeni hakimiyyətindən konsturktiv mövqe gözləməməli, Rusiya ilə danışıqları intensivləşdirməlidir. Artıq, Rusiyadan yeni silahların alınması barədə razılıq əldə edilib”.

Politoloq vurğulayıb ki, Azərbaycan artıq növbəti ildən yeni inkişafa doğru siyasi-iqtisadi dəyişikliklər gedir:

“Ordunun döyüş imkanları yüksək səviyyədədir. Danışıqlar prosesi gələn ildən Ermənistan üçün manipulyasiya olmayacağı gözlənilir. 2016-cil ildə olduğu kimi cəbhədə aktivlik artacaq. İşğalçı ölkə üçün gələn il limitin bitməsidir. Azərbaycan 2016-cı ildən bəri kifayət qədər danışıqlarda maraqlı olduğunu və Ermənistana vaxt tanıdı. Nəticə isə sıfır. Azərbaycan hazırkı real vəziyyətlə barışmayacaq. Silahların gələn ildən işə düşməsini Ermənistan tərəfi atdığı addımlarla yaxınlaşdırır”.

Firuzə Vahid / REDAKTOR.AZ