Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması ATƏT-in əsas mandatıdır - Finlandiya XİN

 14:40 05.12.2019     223

“Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik”.

Redaktor.az-ın xəbərinə görə, bunu Finlandiya Xarici İşlər nazirinin müavini Matti Anttonen ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

“Biz Gürcüstandakı münaqişələrin və Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində çalışmağa davam etməliyik. Bu, ATƏT-in əsas mandatıdır”, - deyə Finlandiya XİN başçısının müavini qeyd edib.//Apa.az