İcma üzvləri Belçikada Xurşidbanu Natəvanın abidəsini ziyarət edib - FOTOLAR

 15:53 06.12.2019     271

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Belçikada Xurşidbanu Natəvanın abidəsini ziyarət edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə icma sədri "Twitter" səhifəsində bildirib. 

Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsini Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə birlikdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev də ziyarət edib.//Apa.az

22