Müsəlmanlar Uyğur qırğınına niyə göz yumur? - Çinə "DUR" DEYİLMƏLİDİR

 13:30 09.12.2019     2932

Çinin Uyğur Sincan Muxtar bölgəsi adlanan Şərqi Türküstanda uyğur türklərinə qarşı etnik ayrı-seçkilik, diskriminasiya siyasəti dözülməzdir.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə Çinin Uyğur Sincan Muxtar bölgəsi adlanan Şərqi Türküstanda uyğur türklərinə qarşı edilənlərə münasibət bildirib

Politoloq hesab edir ki, beynəlxalq birlik xüsusilə Türkdilli Əməkdaşlıq Şurası Təşkilatı Pekinə öz etirazını bildirməlidirlər:

“Çin dövləti tərəfindən uyğur türkləri üçün yaratdığı islah əmək düşərgələri, demoqrafik siyasət bir soyqırım aktıdır. Dünya mediasında yayımlanan uyğurlara verilən işgəncə videoları üç il bundan əvvəl uyğurların etiraz aksiyalarında çəkilməsinə baxmayaraq, böyük əmək düşərgələrində hələ də iki milyon uyğur həbs edilib, ziyalılar repressiya edilib, lokal işgəncə həyata keçirilir”.

M. Əsədullazadə qeyd edib ki, hazırda ABŞ Çinin uyğurlara qarşı bu siyasətinə görə sanskiyalar paketi hazırlayıb tətbiq edəcək:

“ABŞ-la Çin arasında iqtisadi-ticarı savaş fonunda bu sanksiyalar Vaşinqtonun maraqlarına uyğun olsa da, rəsmi Pekinin etnik diskiriminasiya və insan hüquqlarını kobud surətdə pozması, xüsusilə uyğurların bu problemini dünya gündəminə gətirib. Uyğur türklərini Türk Dilli Əməkdaşlıq Şurasına üzv etmək, Çinin eksposionist siyasətinin qarşısını almaq bu gün təkcə ABŞ-ın siyasəti deyil, Türk dövlətlərin də ABŞ-ın bu siyasətini dəstəkləməsi mütləqdir. Çin əgər yetərincə bu sanksiyalara məruz qalmasa, uyğurların muxtariyyətini ləğv edəcək, assimliyasiya siyasətini daha da inkişaf etdirəcək. Myanmada Arakan müsəlmanalarına qarşı soyqırımın bir növünü Çin uyğurlara qarşı həyata keçirir. Onların təməl haqları tapdanır, dini və etiqad azadlıqları kobudcasına pozulur. Bu onu göstıərir ki, Çinin beynəılxaq güc olması dünya xalqları üçün təhlükədir. Çinin "Bir qurşaq, bir yol" nəqliyyat-iqtisadi və siyasi planı Azərbaycan daxil olmaqla, sülh və əməkldaşlığa xidmət etməyəcək”.

Politoloq bildirib ki, Çin ətrafında baş verən qlobal və geosiyasi proseslər uyğur türklərinə qarşı cinayətlərlə müşahidə olunur:

“Şərqi Türküstanı Çin ötən əsrin 40-cı illərində işğal edib və bu xalqın müstəqilliyinə son qoyub. Yeni geosiyasi nizamda Şərqi Türküstanın müstəqilliyi yeni müstəviyə keçə bilər. Təəssüf ki, müsəlman ölkələri öz maraqları konteksində bu gün hım Arakan müsəlamlarına, həm də uyğur müsəlamlarının qətliamına göz yumub”.  

Firuzə Vahid / REDAKTOR.AZ