Türkiyədə saxta erməni soyqırımı iddialarına cavab vermək məqsədilə sayt yaradılıb

 20:22 09.12.2019     530

Türkiyədə saxta erməni soyqırımı iddialarına cavab vermək məqsədilə 1915.gov.tr adlı sayt yaradılıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezident Administrasiyasının yaratdığı sayt saxta erməni soyqırımı iddiaları ilə Türkiyə haqqında səslənən yalan, böhtanlara fakt və sübutlarla cavab verəcək.  /apa/