Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibi dəyişib

 17:00 10.12.2019     296

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibindən çıxarılıb.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Dövlət Turizm Agentliyinin sədri Komissiyanın üzvləri sırasına əlavə edilib.