“Jurnalistlərin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm” - BMTM sədri

 13:15 11.12.2019     261

“Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərindən müsbət nəticə gözləmirəm”.

Redaktor.az-ın xəbərinə görə, bunu təşkil etdiyi mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Ermənistan tərəfi jurnalistlərin səfəri ətrafında şou təşkil edib.

“Düşünürəm ki, rəsmi kanallar çərçivəsində irəliləyiş olmasa, "xalq diplomatiyası"nın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsiri olmayacaq”, - deyə o, vurğulayıb.//Apa.az