Elmar Məmmədyarov Latviyaya rəsmi səfərə yola düşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın paytaxtı Riqa şəhərinə rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun Latviyanın yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.