Bakının yol polisinə yeni rəis TƏYİN EDİLDİ

 19:25 15.01.2020     706

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə (BDYP) yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Piriyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi. Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Rəşad Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.