Vüqar Bayramov: Mən elimə və elmimə güvənirəm" - FOTO

 00:27 18.01.2020     1882

Milli Məclisə növbədən kənar seçkilərlər bağlı  təbliğat-təşviqat kampaniyasına start verilib.

Redaktor.az xəbər verir ki, 84 saylı Füzuli Seçki Dairəsindən namizədliyi qeydə alınmış tanınmış iqtisadçı Vüqar Bayramov bununla bağlı fikirlərini bğlüşüb:

Seçki gününə qədər – təxminən 20 günlük müddətdə seçicilərlə sıx ünsiyyət qurmağa, onların məskunlaşdıqları ərazilərdə görüşlər təşkil etməyə və qanunvericiliyin imkan verdiyi digər vasitələrlə təbliğat-təşviqat tədbirləri həyata keçirməyə çalışacağam. Namizədliyi qeydə alınmış bütün rəqiblərimə uğurlar arzulayıram. Mən elimə və elmimə güvənirəm!".