Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

 17:16 20.01.2020     1233

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycan xalqına başsağlığı verib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində bildirilib.

"1990-cı il yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", - deyə səfir qeyd edib.