Oqtay Əsədov Dünya Holokost Forumunda iştirak edəcək

 14:15 22.01.2020     1018

Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Holokost Forumunda iştirak edəcək.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Sədri Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov 22-23 yanvar tarixlərində Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş “Dünya Holokost Forumu 2020”-ə qatılacaqlar.

Qeyd edək ki, sözügedən forumda 40-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.//Apa.az