Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

 14:23 23.01.2020     1143

“Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Redaktor.az-ın xəbərinə görə, bunu Bərdədə səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır.

“Biz də bu münaqişənin həllini tapmasını gözləyirik. Böyük Britaniya Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə onun ərazi bütövlüyünü və  suverenliyini dəstəkləyib".//Apa.az