Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

 15:53 24.01.2020     1209

Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb.  

Redaktor.az-ın məlumatına görə, sənəd “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb.//Apa.az