Onlayn səsvermə: Elşad Mirbəşir rəqibini ciddi fərqlə üstələdi

 16:30 24.01.2020     1276

Azərbaycanın izləyici sayına görə ən böyük "Facebook" səhifələrindən olan "Azxeber.com"da parlament seçkiləri ilə əlaqədar sorğu keçirilib.

Redaktor.az xəbər verir ki, sözügedən sorğuda Yeni Azərbaycan Partiyasının (YAP) 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədi Elşad Mirbəşir oğlu öz rəqibini ciddi fərqlə üstələyib.

Ümumilikdə 3 mindən çox istifadəçisinin iştirak etdiyi sorğuda Elşad Mirbəşir oğlu 67 faiz səs toplayıb.

Qeyd edək ki, sorğu bir həftə davam edib.