Afət Həsənova seçicilərlə görüşlərini davam etdirir - VİDEO

 14:21 07.02.2020     1736

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Milli Məclisə deputatlığa Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Afət Həsənova seçicilərlə görüşlərini davam etdirir.

Afət Həsənova seçicilərlər görüşlərində ölkəmizdə həyata keçirilən iqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparıldığını, respublikamızın hərtərəfli inkişaf etdiyini, sabitliyi, ictmai-siyasi vəziyyətin daha da möhkəmləndiyini vurğulayıb. Afət Həsənova Azərbaycan dövlətçiliyinin ən mühüm probleminin ölkənin ərazi bütövlüyünün təmin edilməsi olduğunu və bu istiqamətdə məqsəd yönlü siyasət yeridildiyini bildirib.