Seçkidə saxtakarlıq edənləri 3 il HƏBS cəzası - 8 min manat CƏRİMƏ gözləyir

 13:20 13.02.2020     8214

"Seçki hüquqları konstitusion hüquqdur. Cinayət məcəlləsinin 159 və 160-cı maddələrinə əsasən hətta həmin pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması, ciddi şəkildə cəzalandırılması nəzərdə tutulur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında  Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bldirib. O qeyd edib ki, "Seçki hüquqlarının həyata keçirilməsinə maneolma" adlanan 159-cu maddəyə əsasən bu hərəkətlərə yol vermiş şəxslər 1500 manatdan 2500 manatadə cərimə və ya 300 saatdan 480 saatadək ictimai işlər və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

"Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma - 2000 manatdan 4000 manatadək miqdarda cərimə və 400 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma - 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - 5000 manatdan 8000 manatadək miqdarda cərimə və 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma - 2000 min manatdan 4000 manatadək miqdarda cərimə və 400 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olma - 3000 manatdan 6 min manatadək miqdarda cərimə və 400 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".