Məzahir Pənahov: “Məntəqələrdə müşahidəçilər qanun pozuntularına yol verib”

“Seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib, məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var”.
Redaktor.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, müşahidəçinin vəzifəsi orada seçkini müşahidə etməkdir: “Məntəqədə komissiyaya göstəriş vermək müşahidəçinin hüququ deyil. Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib. Bu pozuntular hətta cinayət tərkibi ola biləcək pozuntulardır”. //APA