İlham Əliyevlə debatda biabır olan Paşinyan üçün SON! - Rusiya nə edəcək?

 13:58 18.02.2020     2195

Rusiyanın əsas marağı Dağlıq Qarabağ münaqişəsini nəzarətdə saxlamaq və bütün müzakirələri öz ərazisində həyata keçirməkdir. Bəs, görüşün Münhendə keçirilməsi və Qərb dövlətləri tərəfindən təşkil olunması münaqişəyə Rusiyanın münasibətində hər hansı dəyişiklik yarada bilərmi? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, münaqişəyə Rusiyanın baxışı sabit və dəyişməzdir. Bu, 30 il əvvəl də belə idi, bundan sonra da belə olacaq:

”Status-kvonun saxlanmasının tərəfdarı olan Rusiya bu yolla hər iki dövlətə təzyiq etmək imkanını özündə saxlayır. Ermənistan onsuz da Rusiyanın hərbi müttəfiqidir, Azərbaycana isə zaman-zaman təzyiq etmək üçün Ermənsitandan yararlanır, yaxud da əksinə, müəyyən dövrdə İrəvanın ritorikası dəyişən kimi Azərbaycanla arasını vurmağa çalışır ki, rəsmi Bakının əli ilə ermənilərə əslində Rusiyanın nə qədər lazım olduğu zərurətini başa salsın”.

Ən vacib detalın sırf Dağlıq Qarabağ coğafiyası ilə bağlı olduğunu söyləyən Əziz Əlibəyli, məhz Rusiyanın mövqeyinə görə İrəvanın Dağlıq Qarabağın statusunu dəyişdirə, ya müstəqil, ya da özünə birləşdirə bilmədiyini qeyd edib:

“Vəziyyət nəzarətdən çıxarsa, Rusiya qoşunları sülhməramlı adı altında ora müdaxilə etməyə hazırdır. Lakin məhz Azərbaycanın sərt mövqeyinə görə ora daxil ola bilmir. Ən vacib detallardan biri də Rusiyanın tərəflərə öz silahlarını satması, milyardlar əldə etməsidir. Amma ABŞ belə düşünmür: Onlar münaqişənin həll edilməsinə, Qafqazda sülhün təmin edilməsinə tərəfdardılar. Çünki, Rusiya münaqişələrdən, ABŞ isə əməkdaşlıqdan faydalanmağa çalışır, ən əsası Nikolu hakimiyyətə gətirən qərdbdəki erməni diasporasıdır, onlar rus varlığını sevmir. ABŞ çalışır ki, Dağlıq Qarabağ problemi həll olunsun və bölgəyə rus təsiri minimuma ensin". 

Tanınmış ekspert Münhen görüşünə Rusiyanın münasibətindən də danışıb:

"Hesab edirəm ki, Rusiyasız bu proses maksimum girovların qaytarılması ilə nəticələnə bilər. Rusiyanın bunun əvəzində artıq reytinqini itirmiş, İlham Əliyevlə görüşdən sonra mövqeyi daha da zəifləmiş Nikolu hakimiyyətdən salması da mümkündür".

Sevda Ulutau / Redaktor.az