Seçkilərlə bağlı hər şey məlum olacaq - 1 həftə qaldı...

 10:23 22.02.2020     1416

Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftə Milli Məclisə keçirilən seçkilərə yekun vuracaq.

Redaktor.az bildirir ki, Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-da başa çatır. 

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.