Fəzail Ağamalıya PİS XƏBƏR - Ləğv edildi...

 18:42 23.02.2020     3523

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

Redaktor.az bildirir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğunu iddia ediblər.

MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb.

B.Əsgərov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub.

MSK üzvü həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır. //Trend