İranla gediş-gəlişdə məhdudlaşdırılma yoxdur

 10:17 24.02.2020     1936

İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Redaktor.az xəbər verir ki, sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir.

Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq.