MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib

 20:10 24.02.2020     1339

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.

Redaktor.az-ın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.  

MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. //APA