Məzahir Pənahov: “Bəziləri deyir ki, Stalin mənim yanımda toya getməlidir”

 20:20 24.02.2020     1391

Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Stalin Məzahir Pənahovun yanında toya getməlidir. Amma bunun heç bir əsası yoxdur.  

Redaktor.az-ın məlumatına görə, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov deyib.  

O bildirib ki, bu kimi fikirlər heç də doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”,-deyə Məzahir Pənahov əlavə edib. //Oxu.az