Azərbaycanın Gürcüstandakı səfirliyi koronavirusla əlaqədar “Qaynar xətt” yaradıb

 13:15 15.03.2020     877

Gürcüstandakı Azərbaycan Səfirliyi koronavirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.

Redaktor.az-n məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin facebook hesabında məlumat paylaşılıb.

Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər. //Trend