Milli Məclisin sədri koronavirusdan danışdı

 12:22 17.03.2020     1640

“Bir çox dünya ölkələri koronavirusla bağlı vətəndaşlarının sağlamlığını qorumaq üçün tədbirlər görür”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirlən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən koronavirusla bağlı çox ciddi işlər görülür: “Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizdə görülən işləri yüksək qiymətləndirir”.