Nazir rəisi vəzifədən azad etdi
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəsi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib. //Report