Deputatların ezamiyyətləri və xarici ölkələrə səfərləri dayandırıldı

 16:40 18.03.2020     1849

Milli Məclis deputatlarının və əməkdaşların ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Parlamentin Sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamında qeyd edilib.