Koronavirus

Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik etdi

 17:26 21.03.2020     1099

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb.

Redaktor.az bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı − Pakistan Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan-Pakistan münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, strateji tərəfdaşlığımız, beynəlxalq təşkilatlarda, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".