Əli İnsanovun partiyasından kütləvi istefalar və sərt ittihamlar - VİDEO

 12:33 24.03.2020     1131

Keçmiş səhiyyə naziri Əli İnsanovun qurduğu Haqq Ədalət Partiyası (HƏP) yeni yaranmasına baxmayaraq artıq partiyadan qopmalar başlayıb.

Redaktor.az xəbər verir ki, partiyanın Sumqayıt şöbəsinin sadri partiyadan uzaqlaşdırılıb. Onunla bərabər partiyaya gələnlər də partiyanı tərk ediblər.

HƏP Sumqayıt şöbəsinin sədri olmuş Kəmaləddin Raqimov sosial şəbəkədə Əli İnsanovu sərt tənqid edib. O, bildirib ki, Əli İnsanov partiya üzvlərinə yuxarıdan aşağı baxır:

“Biz Əli İnsanova inanıb partiyaya gəlmişdik. Ancaq o, partiyaya qoşulanların bəzilərini DTX əməkdaşı kimi damğaladı, bəzilərini də satqın adlandırdı.

Əli İnsanovla Qarabağ problemi ilə bağlı da danışığımız olub. O bildirdi ki, xaricdəki erməni lobbiləri ilə danışıb, bu problemi çözəcək. Onu bu fikiri məni heç qane etmədi.

Bizi yanındakılarının sözünə uyaraq partiyadan kənarlaşdırdı. Əli İnsanov bilsin ki, biz partiyadan getsək də, mübarizəmiz davam edir. Onun mübarizəsi xalq, millət davası yox, şəxsi mənafe və qisasçılıqdır”.

Kəmaləddin Raqimovdan sonra isə HƏP-in Qadınlar şurasının sədir Afina Əliyeva vəzifəsindən və partiya sıralarından istefa verdiyini açıqlayıb. O, istefasına səbəb kimi HƏP-də yaltaqlıq və şəxsiyyətə pərəstişin olmasını göstərib.

Kəmaləddin Raqimovun Əli İnsanov haqqında səsləndirdiyi fikirləri aşağıdakı videodan tam şəkildə izləyə bilərsiniz: //Yenicag.az