Azərbaycanla İran arasında sərhəd aprelin 20-dək bağlı qalacaq - RƏSMİ

 13:21 25.03.2020     1221

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Qeyd edək ki, bundan əvvəl 12 mart 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanmışdı.