ABŞ-dan Qarabağdakı erməni terrorçularına ZƏRBƏ - Tramp qərarını verdi...

 15:33 25.03.2020     1159

"ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırıb. Ötən ildə olduğu kimi, bu il də Tramp administrasiyası qondarma Dağlıq Qarabağ rejiminə hümanitar məqsədlərlə maliyə yardımının ayrılmasını məsləhət görmədi. Tramp və onun yaxın ətrafı gələcək 2 ilin büdcəsinə bu məsələni daxil etməyib".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi-şərhçi Zaur Məmmədov deyib. O bildirib ki, ötən il olduğu kimi, bu il də Administrasiyanın bu qərarının Konqresdə qəbul edilməməsi istiqamətində erməni diasporası hərəkətə keçib:

"Artıq 75 konqresmen yardımın lehinə səs verəcəklərini bildiriblər. Keçən il bu rəqəm 90 idi. Qeyd edim ki, Qarabağda mina təmizlənmələrinə ayrılan vəsait oradakı siyasi elitanın öz şəxsi maraqları üçün istifafə edilir. Bu illər ərzində erməni tərəfindən bu proses həyata keçirilmir, yalnız Azərbaycan tərəfindən ANAMA vasitəsilə gerçəkləşdirilir və həqiqətən də böyük işlər görülür".

Siyasi-şərhçi qeyd edib ki, bu qərar həm də  ABŞ-dan çıxacaq maliyyənin minimallaşdırılması məqsədi daşıyır:

"ABŞ administrasiyasının bu addımı həm də Trampın ABŞ-dan çıxacaq maliyyənin minimallaşdırılması ilə bağlıdı. Eyni zamanda, uzun illər MDB məkanındakı separatçı rejimlərdən məhz Qarabağdakı ermənilərə maliyənin ayrılması, ABŞ da oturuşmuş bəzi qrupların ciddi lobbiçiliyinin göstəricisi idi".

Sevda Ulutau / Redaktor.az