Deputatlar Milli Məclisin iclasına tibbi maska ilə gəldi

 11:24 30.03.2020     612

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

Redaktor.az xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.