Azərbaycan XİN-ni Səudiyyə Ərəbistanındakı terror aktlarını pisləyib

 19:57 30.03.2020     803

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pisləyib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə XİN "Twitter" səhifəsində bildirib.

"Səudiyyə Ərəbistanının Ər-Riyad və Cazan şəhərlərindəki yaşayış sahələrini hədəf alan Hutilər tərəfindən təşkil olunan terror hücumunu pisləyirik. Azərbaycan ölkəsinin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün atdığı addımlarda Səudiyyə Ərbistanı ilə həmrəy olduğunu və dəstəyini ifadə edir", deyə XİN-in məlumatında qeyd olunub.