İran səfiri Azərbaycana təşəkkür edib

 13:15 08.04.2020     859

İran səfiri Cavad Cahangirzadə Azərbaycana təşəkkür edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə səfirliyin "Twitter" səhifəsində bildirilib.

“Səfir Cavad Cahangirzadə COVID-19-la mübarizədə Azərbaycan hökumətinin iranlılarla həmrəyliyini göstərən tədbirlərini (İran bayrağının Heydər Əliyev Mərkəzinin binasında əks olunması) yüksək qiymətləndirir, bu tədbiri koronavirusla mübarizədə iranlılarla həmrəyliyin əlaməti kimi dəyərləndirir”, - deyə səfirliyin məlumatında qeyd olunub. 

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.