Prezident 1,05 milyon manat ayırdı - SƏRƏNCAM

 15:57 08.04.2020     1027

Prezident İlham Əliyev Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,05 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.