DSX-nın rəis müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Ə.V.Nağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Redaktor.az-ın məlumatına görə, sərəncama əsasən General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.