Vitse-spiker: “Paşinyan sayıqlayır”

“Ermənistan siyasi dairələrində və mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə barədə deyilənlər təxribatdır”.
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlament sədrinin müavini Fəzail İbrahimli deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadır:
“Bu sayıqlama haradan qaynaqlanır? Adam güclü zərbə alanda sayıqlayır. Paşinyan xəyanətkardır. Onun babası özü faşistlərə xidmət edib”, - deyə F.İbrahimli əlavə edib.