Parlament sədrləri telefonla danışıb - Azərbaycan / Türkiyə

 14:25 29.05.2020     729

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop azərbaycanlı həmkarı Sahibə Qafarovaya zəng edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin spikeri S.Qafarova "Twitter" səhfəsində yazıb.

M.Şentop həm öz adından, həm də TBMM üzvləri adından S.Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. 

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın  Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək, türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.