Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib

 17:59 29.05.2020     1028

Yaponiya İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Redaktor.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi, Sizin xoşbəxtliyiniz və ölkənizin rifahı üçün ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram".