Spiker və deputatlar Milli Məclisin iclasına maskada qatılıblar

 11:30 31.05.2020     765

Milli Məclisin bu gün keçirilən iclasına deputatlar və spiker maskada qatılıblar.

Redaktor.az-ın məlumatına görə, Vitse-spiker Fəzail İbrahimli iclasın aparılmasına çətinlik yaradacağı üçün spiker Sahibə Qafarovanın Milli Məclisin iclasını maskasız keçirməsini təklif edib. Bundan sonra spiker maskanı çıxarıb.