Milli Məclisin sədri deputatlara irad bildirib

 12:10 31.05.2020     832

Milli Məclisin sədri Sahibə Qafarova deputatlara irad bildirib. 

Redaktor.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında səsvermə zamanı S. Qafarova yuxarıda əyləşən deputatların səsvermədə iştirak edib-etmədiyinin məlum olmadığını deyib: “Orada çox adam telefondan başını qaldırmır. Siz səsvermədə iştirak etdiklərinə əminsinizmi?”