Türkiyə vətəndaşlarından viza tələb olunmayacaq

 12:45 31.05.2020     866

Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb. 

Redaktor.az xəbər verir ki, bununla bağlı qarşılıqlı olaraq vizadan azad etmə sazişinin təsdiq edilməsi barədə qanun layihəsində qeyd edilib. 

Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilib.

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.

Layihə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında qəbul olunub. //Report.az