Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik edib

 16:46 01.06.2020     561

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, dost Azərbaycana və onun xalqına davamlı tərəqqi və rifah arzulayıram”.

Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myin də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.